Gələn il Çindən yükdaşımaların həcmində üç dəfə artım olacaq

12.12.2024

Icma.az bildirir, Anews portalına istinadən.

2025-ci il Çindən Azərbaycana yükdaşımaların həcmində üç dəfə artım olacaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-in sədri Rövşən Rüstəmov bildirib.

"Orta dəhlizlə bağlı bu il yükdaşımalar ötən illə müqayisədə artıb. Kifayət qədər ciddi işlər görülüb. Növbəti il Çindən gələcək yüklərlə bağlı artıq qərarlar verilib. Bu il 300 üzərəində blik qatar yola salınıb. Bu gün isə 306-cı blok qatar yola düşüb. Növbəti il isə bu rəqəm üç dəfə artırılaraq min qatara çatdırılması hədəflənir", - sədr bildirib. 

Aytac 

 
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью