Gələn il dövlət borcunun ödənilməsinə 2,5 milyard manat xərclənəcək | Icma.az
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində daxili və xarici dövlət borcuna xidmətlə bağlı xərclər 2025-ci illə müqayisədə artacağı proqnozlaşdırılıb.
Oxu.az rəsmi məlumatlara istinadən xəbər verir ki, gələn il dövlət borcuna xidmət üçün 2 milyard 457.6 milyon manat ayrılacaq.
Bu göstərici 2025-ci ildəki 2 milyard 399.6 milyon manatla müqayisədə təxminən 58 milyon manat çoxdur.
2026-cı il üçün daxili dövlət borcu üzrə ümumi xərclər 1 milyard 57.6 milyon manat səviyyəsində müəyyən edilib.
Bu, 2025-ci ilin 958 milyon manatlıq həddi ilə müqayisədə təxminən 100 milyon manatlıq artım deməkdir.
Faiz ödənişləri üzrə xərclər də 821.2 milyon manatdan 920.6 milyon manata yüksəlib.
Gələn ildə xarici borca xidmət üzrə 1 milyard 400 milyon manat vəsait nəzərdə tutulur.
Tam oxu
Xəbəri oxu