Gələn il dünyada qıtlıq olacaq

19.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Birləşmiş Millətlər Təşkilatının ("BMT") Əməliyyat Xidmətləri İdarəsinin (UNOPS) rəhbəri və BMT-nin məsələ üzrə məsul rəsmisi Xorxe Moreyra da Silva Yaxın Şərqdə artan gərginlik fonunda dünya ərzaq təhlükəsizliyi ilə bağlı kritik xəbərdarlıqla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, BMT rəsmisi ABŞ və İran arasında Hörmüz boğazı üzrə razılığın əldə olunmasının həyati əhəmiyyət kəsb etdiyini bəyan edib.

Xorxe Moreyra da Silva mövcud risklərin miqyasını vurğulayaraq bildirib: pizza mizza

"Çox qısa zaman qalıb. Yaxın günlərdə Hörmüzlə bağlı ABŞ və İran arasında anlaşma olmasa, dünyada gübrə və ərzaq qıtlığı başlaya bilər. Ən azı bir neçə aylıq və ya həftəlik dəhliz yaradılmalıdır. Vəziyyət həqiqətən də çox ciddidir."

Ekspertlər də uzun müddətdir ki, bu təhlükəyə diqqət çəkirlər. Tədarük zəncirində kəsilmələr davam edərsə və yaxın vaxtlarda hər hansı diplomatik irəliləyiş baş verməzsə, gələn ildən etibarən bütün dünya dərin qida və ərzaq böhranı ilə üz-üzə qala bilər. 

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью