Gələn il əsaslı xərclərə 5,3 milyard manat ayrılacaq

16.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

2027-ci ildə dövlət büdcəsindən əsaslı xərclər üçün 5,3 milyard manat vəsait ayrılması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, gələn il qeyri-neft sektorunda investisiya sahələrində əsas aktivlərin yenilənməsi məqsədilə dövlət büdcəsindən 5,3 milyard manat vəsait nəzərdə tutulub.

Sahil Babayev, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası üçün tələb olunan maliyyə vəsaitinin büdcə layihəsində tam həcmdə nəzərdə tutulduğunu bildirib.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью