Gələn il hansı ərazilərdə DOST mərkəzi açılacaq?

28.12.2024

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Gələn il ölkəmizdə 4 DOST mərkəzinin açılışı olacaq. Belə ki, Quba, Gəncə, Sumqayıt və Naxçıvanda hazırlıq işləri son mərhələdədir”.
Teleqraf.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, ilk DOST mərkəzinin yaranmasından bu günə kimi 3 milyon 200 min vətəndaşa xidmət göstərilib.
“Hazırda 7 DOST mərkəzimiz regional mərkəz olaraq fəaliyyət göstərir, eyni zamanda Şuşada DOST filialımız, Ağalı kəndində DOST məntəqəmiz var. DOST şəbəkəsi təkcə bu il ərzində 9 mindən çox vətəndaşımıza xidmət göstərib. Düşünürəm ki, ilin sonuna bu rəqəm 1 milyon olacaq” - nazir bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью