Gələn il İctimai nəqliyyat fonduna ayrıla biləcək vəsait məlum oldu

23.10.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı ilin dövlət büdcəsində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 155 milyon manat təşkil edə bilər.

"Unikal" xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin vəsait Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində müəyyən olunmuş tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və yaxud fərdi sahibkarlara subsidiya ödənilməsi üçün istifadə ediləcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью