Gələn il iyun ayında 13 gün iş olmayacaq

11.12.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gələn il iyun ayında bayramlarla əlaqədar qeyri-iş günləri müəyyən olunub.

Bakıvaxtı.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Gələn il 7 iyun şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.

Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün gələn il Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.

Bundan başqa 15 iyun Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 16 iyun qeyri-iş günü olacaq.

26 İyun Silahlı Qüvvələr Günü də qeyri-is günü olacaq.

Beləliklə, şənbə-bazar günlərini də saymaqla, gələn ilin iyun ayında 13 gün qeyri-iş günü olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью