Gələn il keçmiş hərbi qulluqçuların mənzillə təmin olunması üçün büdcədən 35 milyon manat ayrılacaq

18.11.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gələn il dövlət büdcəsindən 20 ildən çox xidmət keçmiş hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı ilə 35 milyon manat məbləğ nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub.

Bundan başqa sənəddə qeyd edilib ki, gələn il kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün dövlət büdcəsindən 15 milyon manat məbləğ ayrılıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью