Gələn il KİVə maliyyə yardımı ARTIRILACAQ

18.11.2024

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

2025-ci ildə bəzi kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə 65,1 milyon manat maliyyə yardımı nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcə zərfində qeyd edilib.

2024-cü illə müqayisədə bu 0,3% çoxdur.

Bu vəsait "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью