525.az saytına istinadən Icma.az xəbər verir.
2027-ci ilin yazında "Mərkəzi Asiya - Azərbaycan - İspaniya" formatında beynəlxalq forumun keçirilməsi planlaşdırılır.
525.az Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, təklif bu ölkənin kənd təsərrüfatı nazirinin müavini Alişer Şükürovun Antalyada COP31 çərçivəsində İspaniyanın kənd təsərrüfatı, balıqçılıq və ərzaq naziri Luis Planas Puçades ilə görüşündə müzakirə olunub.
Danışıqlar zamanı tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığın vəziyyəti və perspektivlərini, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsini və ticari-iqtisadi əlaqələrin gələcək inkişafını da müzakirə ediblər.
Bundan əlavə, tərəflər kənd təsərrüfatı texnologiyaları, istixana təsərrüfatı, toxumçuluq, su ehtiyatlarının idarə edilməsi və aqrologistika sahələrində İspaniya təcrübəsinin Özbəkistanda tətbiqi imkanlarını nəzərdən keçiriblər. Xüsusilə, ölkədə perspektivli İspaniya üzüm sortlarının yetişdirilməsinin genişləndirilməsi və bu sahədə elmi-təcrübi əməkdaşlığın inkişafı müzakirə olunub.