Gələn il Michael filminin davamı çəkiləcək

07.08.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Pop musiqisinin görkəmli siması Maykl Ceksonun həyatından bəhs edən və bu il kassada 1 milyard dollardan çox gəlir əldə edən "Michael" filminin davamı çəkilir.


Kulis.az xəbər verir ki, "Lionsgate" kinostudiyası məşhur müğənninin bioqrafik ekran işinin ikinci hissəsi üçün hazırlıqlara başlandığını açıqlayıb.
Məlumata görə, filmin çəkilişlərinin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlaması nəzərdə tutulub.
Həmçinin ikinci filmin 2027-ci ilin sonu və ya 2028-ci ilin ilk yarısında kinoteatrlarda nümayiş olunması planlaşdırılır.
Maykl Ceksonun öz qardaşı oğlu Cefer Ceksonun baş rolu canlandırdığı ilk film iyun ayında "Bohemian Rhapsody" ekran işini geridə qoyaraq ən çox gəlir əldə edən musiqili bioqrafik film olmuşdu.
Antuan Fukuanın rejissorluq etdiyi ilk film sənətçinin həyatındakı ziddiyyətli məqamları əks etdirmədiyi üçün tənqidçilər tərəfindən birmənalı qarşılanmamışdı.
Qeyd edək ki, ikinci hissənin Ceksonun həyatının hansı dövrünü əhatə edəcəyi hələlik açıqlanmır.

Nitq qabiliyyətini itirən rejissor – O, niyə çəkilişdə ağlamışdı? "BTS" qrupu "Qremmi" mükafatından imtina etdi - Səbəb 2026-cı il "Emmi" namizədləri bəlli oldu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью