Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.
Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Bu, 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz çoxdur. 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.
Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur.
Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Başqa sözlə, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.