Gələn il minimum pensiyanın artırılması planlaşdırılır | Icma.az
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, müharibə iştirakçılara qayğı və diqqət gələn il də davam edəcək.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, gələn il minimum pensiya və minimum əməkhaqqının artırılması, pensiyaların indeskləşdirilməsi planlaşdırılır: “Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək.
Ötən illər ərzində ölkəmizdə sosial və iqtisadi siyasət uzlaşdırılıb.
Bunun nəticəsidir ki, 2003-2023-cü illər ərzində dövlət büdcəsi xərclərinin təxminən 30 dəfə artımı fonunda Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 %-dən 5,2 %-ə endirilib.
Dövlət büdcəsi iqtisadi strategiyanın icrasına maliyyə təminatı yaradır.
Postmüharibə dövründə Şərqi Zəngəzur və Qarabağda bərpa və quruculuq işləri prioritetlərdəndir.
Tam oxu
Xəbəri oxu