Icma.az bildirir, Bakivaxti portalına istinadən.
2026/2027-ci tədris ilində Azərbaycanda birinci sinfə gedəcək uşaqların sayının təxminən 124 min olacağı proqnozlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunan ikinci təlim-müzakirə sessiyasında əsas məruzəçi və təqdimatçı qismində çıxış edən fizika fənni üzrə müəllif Rasim Abdurazaqov məlumat verilib.
Onun sözlərinə görə, onların təxminən 69,7 faizinin məktəbəhazırlıq qruplarından gələcəyi gözlənilir.
Zeynən Rzayeva