Gələn il qeyri neft ÜDM in 4,4% artacağı proqnozlaşdırılır

12.11.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Növbəti il üçün dövlət və icmal büdcələrin hesablanmasında makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 5,3 faiz, manatın məzənnəsi 1,7 manat nəzərə alınıb, ümumi daxili məhsulun 2,7 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 4,4 faizlik real artımı əsas kimi götürülüb”.

Mürtəza 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью