Gələn il QvineyaBisau tələbələrinin Azərbaycanda təhsil alması proqramının icrasına başlanılacaq AZƏRTAC

02.12.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 dekabr, AZƏRTAC

Gələn il Qvineya-Bisau tələbələrinin Azərbaycanda təhsil alması proqramının icrasına başlanılacaq. Biz siyahını mümkün qədər tez hazırlayacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereya dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.

Nümayəndə heyətinin yeddi nəfərinin keçmişdə Azərbaycanda təhsil aldığını deyən nazir qeyd edib: “Onların göstərdikləri fəaliyyət Bakı ilə təhsil sahəsində əməkdaşlığımızı daha da dərinləşdirməli olduğumuzu bir daha göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью