Gələn il QvineyaBisau tələbələrinin Azərbaycanda təhsil alması proqramının icrasına başlanılacaq VİDEO AZƏRTAC

02.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 2 dekabr, AZƏRTAC

Gələn il Qvineya-Bisau tələbələrinin Azərbaycanda təhsil alması proqramının icrasına başlanılacaq. Biz siyahını mümkün qədər tez hazırlayacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereya dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.

Nümayəndə heyətinin yeddi nəfərinin keçmişdə Azərbaycanda təhsil aldığını deyən nazir qeyd edib: “Onların göstərdikləri fəaliyyət Bakı ilə təhsil sahəsində əməkdaşlığımızı daha da dərinləşdirməli olduğumuzu bir daha göstərir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью