Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
2027-ci il üçün Azərbaycanda ehtiyac meyarının 314 manat məbləğində müəyyənləşdirilməsi təklif olunur.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində bildirilib.
Ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə tətbiq olunur.
Layihəyə əsasən, qanunun 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.