Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşib AZƏRTAC

16.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 dekabr, AZƏRTAC

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən gələn il üçün ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyənləşdirilir.

Bu Qanun 2025-cü il yanvarın 1-dən qüvvəyə minir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью