Gələn il üçün yaşayış minimumu 300 manat olacaq

29.12.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.

Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılıb.

Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью