Gələn il üçün yaşayış minimumunun MƏBLƏĞİ

28.10.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2027-ci ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olunub.
Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 2027 il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat müəyyən ediləcək.
Ehtiyac meyarının həddi də 314 manat proqnozlaşdırılır.
Məlumat üçün bildirək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdi. 
Bu o deməkdir ki, 2027-ci il üçün ölkə üzrə yaşayış minimumu 14 manat artırılacaq.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью