Gələn il ÜDMdə qeyrineftqaz sektorunun payı 70 %i keçəcək DEPUTAT

25.11.2024

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) qeyri-neft-qaz sektorunun payının 68 %-dən 71,3 %-ə çatması gözlənilir.
Bizim.Media xəbər verir ki, bu sözləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.  
Deputat qeyd edib ki, gələn il ölkədə adambaşına düşən ÜDM-in dəyərinin 7 412 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da beynəlxalq təsnifatda Azərbaycanın yuxarı-orta gəlirli ölkələr qrupunda öz yerini qoruyub saxlaması və daha da möhkəmləndirilməsi deməkdir.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью