Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? Sahələr üzrə MƏBLƏĞLƏR | Icma.az
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025-ci ildən Azərbaycanda minimum əməkhaqqının məbləğinin 400 manata çatdırılması gözlənilir.
Bununla hazırda 345 manat olan minimum əməkhaqqının 55 manat, yəni 16 faiz artırılması nəzərdə tutulur.
Minimum əməkhaqqının qeyd edilən məbləğləri maaş cədvəli (tarif cədvəli) üzrə müəyyən edilən məbləğlərdir və həmin vəsaitləri minimum maaş alanların heç biri əldə edə bilmir.
İşçinin əldə etdiyi məbləğ, maaşdan icbari ödənişlər tutulduqdan sonra qalan məbləğdir. Bu məbləğə isə xalis əməkhaqqı deyilir.
Hazırda minimum əməkhaqqının xalis məbləği, yəni işçiyə çatan hissəsi 305,7 manat və 315,87 manatdır.
Məbləğin fərqli olması əməkhaqqından tutulmaların sahələr üzrə fərqləndirilməsi ilə bağlıdır.
Qanunvericiliyə əsasən, əməkhaqqından tutulmalar dövlət və neft-qaz sektorundan bir cür, qeyri neft-qaz sektorundan və özəl sektordan başqa cür hesablanır.
Tam oxu
Xəbəri oxu