Gələn il yaşayış minimumu ölkə üzrə 285 manat olacaq AZƏRTAC

16.12.2024

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 dekabr, AZƏRTAC

2025-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью