Gələn ildən bu dərmanlar pulsuz olacaq

17.12.2024

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Gələn ilin ikinci yarısından ambulator müalicə üçün dərman vasitələrilə təmin edilmə icbari tibbi sığorta paketinə əlavə ediləcək".

Lent.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ambulator müalicə üçün dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub./APA 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью