Gələn ildən bu maşınlar 7 il ƏDV dən azad ediləcək

28.11.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışına 2027-ci il yanvarın 1-dən etibarən yeddi il müddətinə əlavə dəyər vergisi (ƏDV) tətbiq edilməyəcək.

Trend-in araşdırmasına görə, güzəştin qüvvədə olması üçün avtomobillərin istehsalı müəyyən texnoloji mərhələləri əhatə etməlidir.

Belə ki, nəzərdə tutulan güzəşt tam istehsal formasında sənaye yığımının həyata keçirildiyi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirildiyi avtomobillərə şamil olunur.

Beləliklə, bu şərtlərə uyğun olaraq Azərbaycan ərazisində istehsal edilən minik avtomobillərinin satışı 2027-ci il yanvarın 1-dən yeddi il ərzində ƏDV-dən azad ediləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью