Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər.
Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımovun iqtisadçılarla görüşündə iştirak edən iqtisadçı məlumat verib.
Onun sözlərinə görə, növbəti mərhələdə pensiyaçılar da təqaüd aldıqları bankı seçə biləcəklər. Bu yeniliyin banklar arasında müştəri cəlbi uğrunda rəqabəti artıracağı, hesabını başqa banka keçirənlər üçün daha əlverişli təkliflərin yaranmasına şərait yaradacağı gözlənilir.
İqtisadçı qeyd edib ki, maaş hesablarının ödənişsiz daşınması bu il tətbiq edilməli idi, lakin proses gecikib. Qaydanın gələn ilin aprelindən qüvvəyə minməsi nəzərdə tutulur.