Gələn ilin Bakı Metropoliteninə 28 milyon manat subsidiya ayrılacaq

18.11.2024

Sonxeber.az saytına istinadən Icma.az xəbər verir.

Gələn ilin "Bakı Metropoliteni"nə 28 milyon manat subsidiya ayrılacaq

Azərbaycanda 2025-ci ilin dövlət büdcəsindən nəqliyyat və rabitə xərcləri üçün 515,6 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib.

Metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla "Bakı Metropoliteni" QSC-nin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 27,7 milyon manat subsidiya nəzərdə tutulub.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью