Gələn ilin büdcə layihəsi MM ə daxil oldu KONKRET

23.10.2026

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın 2027-ci il üzrə dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub.

KONKRET.az xəbər verir ki, layihə gələn həftə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə təqdim olunacaq.

2027-ci il büdcə layihəsinin yalniz profil komitədə deyil, digər komitələrlə birgə müzakirəsi planlaşdırılır.

Müzakirələrin noyabrda başlaması, dekabrda tamamlanması gözlənilir.

Beləliklə, gələn ilin dövlət büdcəsi layihəsinin bu il daha geniş formatda müzakirəsi baş tutacaq.

Qeyd edək ki, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnoz edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью