Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Dövlət büdcəsinin kəsiri növbəti ildə 3,1 milyard manat olaraq qiymətləndirilir.
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin komitələrinin birgə iclasında iclasında 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
"Kəsiri maliyyələşmə mənbələri özəlləşdirmədən 140 milyon manat, daxili və xarici borclanmadan 2,7 milyard manat, xəzinə hesabının qalığı 275 milyon manat və kəsirin ümumi daxili məhsula nisbəti isə 2,2% parametrində qiymətləndirilir.
İcmal büdcənin kəsirinə baxdıqda isə icmal büdcə kəsirimiz 2,8 milyard manat olaraq qiymətləndirilir və icmal büdcənin kəsirinin də ümumi daxili məhsula nisbəti 2% səviyyəsində olacaqdır.
Ümumilikdə, ən yaxşı dünya təcrübəsində 3%-ədək olan, ÜDM-in 3%-nə qədər olan kəsir ən məqbul səviyyə hesab olunur.
Biz artıq ardıcıl olaraq uzun illərdir bu parametri qoruya bilirik", - deyə nazir qeyd edib.
Günay Şahmar, Bizim.Media