Gələn ilin dövlət büdcəsində neftin bir bareli 65 dollardan hesablanacaq

12.11.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

"Növbəti il üçün dövlət və icmal büdcələrin hesablanmasında makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 5,3 faiz, manatın məzənnəsi 1,7 manat nəzərə alınıb".
Bizim.Media xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ümumi daxili məhsulun 2,7 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 4,4 faizlik real artımı əsas kimi götürülüb.
Bundan başqa, nazir müavini növbəti ilin dövlət büdcəsində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin 17,1 faiz təşkil edəcəyini qeyd edib:
"Bu, cari illə müqayisədə 1,7 faiz bəndi daha azdır. Ortamüddətli dövrdə, yəni 2029-cu ilə bu göstəricinin 13 faizə, 2030-cu ilə isə 12 faizə salınması əsas hədəflərimizdəndir”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью