Gələn ilin dövlət büdcəsində rekord məbləğ 41,4 milyard manat

16.12.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Gələn il dövlət büdcəsinin xərcləri rekord səviyyəyə - 41 milyard 407,6 milyon manata çatdırılıb.
Yeniavaz.com
 xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
2025-ci ildə dövlət büdcəsinin gəlirləri isə 38 milyard 356 milyon manat olacaq.
Qeyd edək ki, Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью