Gələn ilin əvvəlində yanğın baş verən Perinatal Mərkəzdə təmir işləri başlayacaq

18.12.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gələn ilin əvvəlindən yanğın baş verən və nəticədə dörd körpənin öldüyü Respublika Perinatal Mərkəzində təmir işləri başlayacaq.

Bu barədə "Report"un sualına cavab olaraq TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Mərkəzlə bağlı artıq Fövqəladə Hallar Nazirliyi və digər qurumların rəyləri alınıb:

"Tikinti ilə bağlı layihələndirmə işləri yekunlaşıb. Gələn ilin əvvəlindən Respublika Perinatal Mərkəzdə təmir işləri başlayacaq və gələn ilin sonuna tam yekunlaşacaq".

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью