Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

11.12.2024

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.

Misisya.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Həmin günlər iş günü hesab edilmir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью