Gələn ilin təhsil və elm xərcləri məlum oldu

06.11.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu büdcə xərclərinin 12,6 faizinə bərabərdir:

“2025-ci illə müqayisədə bu rəqəm 538 milyon manat və ya 11,2 faiz artır. 2023-2027-ci illərə nəzər salsaq, beşillik dövrdə burada artım 1 milyard manatdır”.

Nazir bildirib ki, təhsil və elm xərcləri ikisi birlikdə ümumi daxili məhsulun 3,8 faizinə bərabərdir:

“Bu da dünya ortalaması olan 3,6 faizdən çoxdur. Ümumilikdə, müxtəlif ölkələrə görə təhsil xərcləri 3 və 5 faiz arasında dəyişir. Biz bu gün orta bençmarkda yerləşirik və düşünürük ki, bu istiqamətdə siyasətimiz də davamlı olaraq təhsil və elm xərclərinin artırılmasına yönələcək”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью