Gələn zəngi açdı 12 milyon İTİRDİ

09.06.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Krımda 61 yaşlı qadın telefon dələduzlarının qurbanı olub. Bu barədə Krım Daxili İşlər Nazirliyi məlumat yayıb.

Redaktor.az bu barədə xarici mediya istinadla xəbər verir.

Məlumata görə, özlərini hüquq-mühafizə orqanlarının və maliyyə monitorinqi xidmətinin əməkdaşları kimi təqdim edən naməlum şəxslər qadınla messencer vasitəsilə əlaqə saxlayıblar. Onlar qadına bank hesablarındakı vəsaitin təhlükədə olduğunu bildirərək, pullarını bəyan etmədiyi təqdirdə cinayət məsuliyyəti ilə üzləşə biləcəyini deyiblər.

Dələduzların sözlərinə inanan qadın iki dəfə onlara məxsus olduğu bildirilən "etibarlı şəxslərə" pul vəsaiti təhvil verib.

Nəticədə zərərçəkənə ümumilikdə təxminən 12 milyon rubl məbləğində maddi ziyan dəyib.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью