Gəlib gedən narazılıq etdi, klub otel tikintisinə başladı

29.10.2026

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qəbələ" rəhbərliyi yeni projenin icrasına start verib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, klubun bazasında yerləşən ərazidə otel tikintisinə başlanılıb.

Boş sahədə inşasına qərar verilən istirahət məkanı "qırmızı-qaralar"la yanaşı, başqalarının da xidmətində dayanacaq. Oradan gələcək vəsait əsas komandanın saxlanılmasına sərf olunacaq.

Bu da təsadüfi deyil. Qəbələyə səfər edən komandalar baza və stadionun xidmətindən yararlansa da, onlara təklif olunan otelin durumundan narazılıq çoxdur.

Şərait o qədər pisdir ki, gəlib-gedən üzünü turşudur. Təbii ki, bu da "Qəbələ"nin maliyyə durumunun yaxşılaşmasına mane olur.

Əyalət təmsilçisinin həmişə xidmətindən yararlandığı mehmanxananın təmiri isə əl vermir. Çünki astarı üzündən baha başa gəlir. Ondansa, yeni otelin tikintisi daha məqbul sayılıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью