Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasının maliyyə qaydalarının pozulması ilə bağlı müstəqil komissiyanın qərarından sonra komanda ilə iclas keçirib.
QOL.az xəbər verir ki, “Daily Mail” nəşrinin məlumatına görə, italiyalı mütəxəssis futbolçulara müraciət edərək onları birliyə və çempionluq uğrunda mübarizəyə səsləyib:
"Bütün kənar söhbətləri unudun! Biz buradayıq ki, Premyer Liqanı qazanaq. Gəlin meydana çıxaq və çempion olaq".
Qeyd edək ki, “Mançester Siti” 2009-2018-ci illərdə maliyyə qaydalarını pozmaqda təqsirli bilinib.
Mareskanın komandası Premyer Liqada 6 turdan sonra maksimum nəticə ilə liderdir. “Şəhərlilər” keçirdikləri bütün oyunlarda qalib gələrək 18 xal toplayıblar. Komanda son turda səfərdə “Liverpul”u 3:0 hesabı ilə məğlub edib.