Icma.az bildirir, Azpolitika.az portalına istinadən. Fevralın 1-də Heydər Əliyev sarayında Azərbaycan musiqisinin parlaq simalarından olan ə
Klassik və müasir musiqinin harmoniyasını özündə birləşdirən “Əbədi Sevgi” adlı konsert proqramında tamaşaçılar A.
Abdullayevin ən məşhur əsərlərini canlı dinləmə imkanı qazanacaq, eyni zamanda sənətçinin yeni musiqi əsərləri ilə tanış olacaqlar.Əməkdar artist konsert öncəsi “AzPolitika”-ya verdiyi müsahibədə görülən hazırlıq işlərindən, konsertin mahiyyətindən və gələcək planlarından söz açıb.
Həmin müsahibəni təqdim edirik:- Aqşin bəy, bildiyiniz kimi, konsertə artıq sayılı günlər qalıb. Hazırlıq işləri necə gedir?
Xüsusi bir detala diqqət yetirirsinizmi?- Hazırlıq işləri yüksək səviyyədə davam edir. Bu, mənim üçün hesabat konsertidir.
Konsertin yaxşı keçməsi mənim dinləyicilərimə olan sevgim, hörmətim, rəğbətimin göstəricisi olacaq.
Bu konsertdə mənim yanımda olan tamaşaçılara sözün əsl mənasına möhtəşəm konsert vəd edirəm.
Konsertin təşkilində 100 nəfərdən çox insan bizimlə çalışacaq.