Gəlinin toyda verilən hədiyyəyə ağzı açıq qaldı (Video)

09.10.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin İzmir şəhərində keçirilən toy mərasimində maraqlı anlar yaşanıb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, zinət mərasimi zamanı gəlinə "iPhone 18 Pro" hədiyyə edilib. Bahalı hədiyyəni görən gəlinin reaksiyası isə diqqət çəkib. O, qarşısında telefonun təqdim edildiyini gördükdə təəccübünü gizlədə bilməyib və "ağzı açıq" halda qalıb.

Həmin anlar kameraya düşüb və daha sonra sosial şəbəkələrdə paylaşılıb. Gəlinin hədiyyə qarşısındakı reaksiyası izləyicilər arasında müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью