Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Astarada gəlinini döyən qayınata inzibati qaydada həbs olunub.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, hadisə Pəlikeş kəndində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü Bəyəli Nabadov yaşadığı kənddə şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı gəlinini döyüb.
Polisə daxil olan müraciətdən sonra gəlininə dərəcəsi təyin edilməyən xəsarət yetirən şəxs barəsində İnzibati Xətalar Məcələsinin 157-ci maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Ötən gün Astara Rayon Məhkəməsində keçirilən prosesdə B.Nabadov 1 ay müddətinə inzibati qaydada həbs olunub.
Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə də yayılmışdı.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin