News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Toy bir çox qızın uşaqlıqdan xəyalını qurduğu bir gündür.
Lakin son anda bir şeylər yanlış gedə və bu xarici şəxslər üçün gözlənilməz və şok edici ola bilər - bu, "qaçan gəlinlər" hadisəsidir.
Bəs gəlinlər toydan niyə qaçır?News24.az xəbər verir ki, gəlinlərin niyə toydan qaçması barədə gazeta.ru-ya psixoloq Darya Suxanova danışıb."Əlbəttə, evlilik ciddi bir addımdır, həyatı "əvvəl" və "sonra" olaraq bölən psixoloji bir mərhələdir.
Pasportdakı möhür rəsmi olaraq yeni bir sosial rolu təsdiqləyir, lakin eyni zamanda əlavə məsuliyyət yükləyir, bu da adi həyat tərzinin dəyişməsinə səbəb olur.
Evlilik həm də romantik dövrün sonudur, bu dövrdə qayğısızlıq yerini məişət və öhdəliklərə verir.
Bütün bunlar təbii bir narahatlıq yarada bilər və hər kəs bu narahatlıqla başa çıxa bilməz", deyə psixoloq bildirib.Lakin gəlinin "qaçışını" yalnız narahatlıq və naməlum qarşısında qorxu ilə izah etmək olmaz:"Hamı üçün ümumi bir səbəb yoxdur.
Həm xarici şərtlər, həm də daxili konfliktlər və ya onların birləşməsi "qaçışa" səbəb ola bilər.
Gəlinin qaçışının səbəbi, paradoksal olsa da, qadını evlənməyə sövq edən səbəblərdə gizlənə bilər.