Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Kəndinə qayıt" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Astara rayonunun Kakalos, Hamoşam və Toradi kəndlərinə səyahət edilib.
Astara rayonu Azərbaycanın cənubunda yerləşir. Bakıdan Astaraya getmək üçün 281 kilometr yol qət etmək lazımdır.
2019-cu ilin statistikasına görə, rayonda 108 634 nəfər yaşayır, onların əsas hissəsini talışlar təşkil edir.
Aparıcı Kəmalə Bədəlova Hamoşam kəndindən keçərək Astaranın ən ucqar yerlərindən biri olan "Gəlinqaya"ya üz tutub.
"Gəlinqaya"nın əzəməti və gözəlliyi uzaqdan insanı heyran edir. Bəs görəsən, həmin qayalar necə yaranıb?
Tarixçi Ağakərim Abdulov bu məkanın maraqlı hekayəsindən söz açıb.
"Qayalar haqqında belə bir əfsanə var ki, qədim zamanlarda Ərdəbildən Lənkərana gələn toy karvanının qarşısını əjdaha kəsir.