Gəliri 400 manatdan aşağı olanların nəzərinə

30.10.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Pulsuz hüquqi yardımın göstərilməsində minimum əməkhaqqı meyarının tətbiqi təklif edilib.
Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Deputat hesab edir ki, pulsuz hüquqi yardımın göstərilməsində əsas meyar vətəndaşın sosial vəziyyəti və gəlirləri olmalıdır:
"Biz burada təsnifat aparmışıq. Şəhid ailələri, müharibə veteranları, hamısını, amma biz bunu daha çox imkanı olan və olmayan insanlar üzərindən aparmalıyıq. Bunun da meyarı minimum əmək haqqıdır. Minimum əmək haqqı 400 manatdır. 400 manatdan aşağı gəliri olan vətəndaşın hamısına bunun şamil olunması daha doğrudur, nəinki biz kateqoriyaya bölək".
 

Deputat, həmçinin qanun layihəsində ilkin hüquqi xidmətlə peşəkar vəkillik xidməti arasında fərqin müəyyənləşdirilməsini təklif edib. Onun fikrincə, hüquqi təhsili olan, lakin Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin də ilkin hüquqi yardım göstərməsinə imkan yaradılmalıdır.


Fazil Mustafa vurğulayıb ki, əsas məqsəd maddi imkanı olmadığı üçün məhkəməyə müraciət etməkdən çəkinən vətəndaşların hüquqlarının müdafiəsini təmin etməkdir. Dövlət büdcəsindən ayrılan vəsait isə zəruri hallarda peşəkar hüquqi xidmətin göstərilməsinə yönəldilməli və bu sahəyə ayrılan maliyyə artırılmalıdır.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью