Gəlirinə görə dünyanın ən böyük 10 şirkəti

21.08.2026

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Amazon 2026-cı ildə illik gəlirə görə Walmart-ı geridə qoyaraq dünyanın ən böyük şirkəti olub. Beləliklə, Walmart-ın qlobal gəlir reytinqində on ildən artıq davam edən liderliyi başa çatıb.

Banco.az xəbər verir ki, reytinq Fortune Global 500-ün 2026-cı il üzrə ən son məlumatları əsasında hazırlanıb.

Amazon və Walmart arasındakı fərq cəmi 3,7 milyard dollar təşkil edir. Amazonun illik gəliri 716,9 milyard dollar, Walmart-ın gəliri isə 713,2 milyard dollar olub. Amazonun gəlirlərinin artmasında onlayn pərakəndə satışla yanaşı, Amazon Web Services (AWS) və rəqəmsal reklam biznesi də mühüm rol oynayır.

İlk 10-luq belədir:

Amazon: 716,9 milyard dollar

Walmart: 713,2 milyard dollar

State Grid: 555,4 milyard dollar

UnitedHealth Group: 447,6 milyard dollar

Saudi Aramco: 445,5 milyard dollar

Apple: 416,2 milyard dollar

McKesson: 403,4 milyard dollar

Alphabet: 402,8 milyard dollar

CVS Health: 402,1 milyard dollar

China National Petroleum: 401,9 milyard dollar

ABŞ reytinqdə üstünlük təşkil edir: İlk 10-luqda 7, ümumi ilk 30-luqda isə 15 ABŞ şirkəti yer alır. Çin isə State Grid, China National Petroleum və digər şirkətləri ilə reytinqdə mühüm paya sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью