Gəmi Antarktidada ilişdi, turistlər aksiyaya başladı FOTO | Icma.az
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Ruslar Antarktidada kruiz gəmisində ilişib qaldıqları üçün kütləvi aclıq aksiyası keçirirlər.
Ümumilikdə "SH DIANA" gəmisində 170-dən çox sərnişin var. Redaktor.az xəbər verir ki, bu barədə "Lenta.ru"da məlumat yayımlanıb.
Bildirilir ki, lüks kruiz gəmisi Antarktidaya gedirmiş, lakin yolda mühərrikində problem yaranıb və bu, "Swan Hellenic" kompaniyasını səfəri ləğv etməyə məcbur edib.
Təşkilatın məlumatına görə, gəmi saatda 11 kilometr sürətlə “sürünür”.
“O, noyabrın 30-da Argentinanın cənubundakı Uşuay şəhərinə çatmalıdır.
Mühəndislər qrupunun dekabrın 3-də növbəti səfərindən əvvəl problemi həll etmək üçün gəmiyə minməsi planlaşdırılır”, - deyə qeyd edilib.
Sərnişinlər isə vəziyyətdən narazılıqlarını bildirərək, kruizə xərclənən vəsaitin onlara qaytarılmasını tələb ediblər.
Tam oxu
Xəbəri oxu