Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Çinin Sindao limanında lövbər salmış yük gəmisində baş verən yanğın nəticəsində azı 20 nəfər ölüb, 5 nəfər isə itkin düşüb. Bu barədə "Associated Press" Çinin dövlət mediasına istinadən məlumat yayıb. “Xinhua” agentliyinin yaydığı fotoya əsasən, gəminin Liberiya bayrağı altında üzən "Ocean Melody" olduğu müəyyən edilib. Gəminin göyərtəsində 42 nəfər olub, onlardan 12-si təxliyə edilib. Yanan gəmi Çinin şərq sahillərindəki iri dəniz qovşağı olan Sindao limanında yerləşən "Beihai Shipbuilding Co." tərsanəsində təmirdə olub.
XQ