Gəmi yanır Ölənlər var

20.07.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

İndoneziya sahillərində göyərtəsində 280 sərnişinin olduğu "Barcelona VA" gəmisində yanğın başlayıb.

Lent.az-ın xəbərinə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Talaud dairəsinin Manado limanından çıxan gəmidə Talise adası yaxınlığında yanğın başlayıb. Sərnişinlərin bir çoxu həyatlarını xilas etmək üçün dənizə atılıbıar.

Yerli hakimiyyət orqanları yanğın nəticəsində azı dörd nəfərin həyatını itirdiyini bildirir.

Axtarış-xilasetmə xidmətinin nümayəndəsi Veri Ariyanto bildirib ki, indiyədək 150 turist təxliyə edilib. Digər sərnişinlərin taleyi isə hələ də məlum deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью