Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
"Gəmilərdə GPS siqnalı bloklanıb, işləmir".
Bunu Bakıvaxtı.az-a hazırda İsrail/ Hayfa limanı yaxınlığında lövbərə dayanmış Azərbaycan gəmisinin kapitanı Kamran Əliyev deyib.
Onun sözlərinə görə, telefona tez-tez xəbərdarlıq mesajları gəlir:
"Təcili xəbərdarlıq (fövqəladə vəziyyət).
Təhlükəsizlik üçün sığınacağa gedin. Sığınacaqda qalın".
Kamran Əliyev onu da əlavə edib ki, hazırda dənizdəki gəmilərdən raketlər atılmaqdadır.
Murad Məmmədli