Gəmilərə xəbərdarlıq edildi: 5 metr dalğa...

05.11.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Qurumdan Axar.az-a verilən məlumata görə, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 6-sı səhərədək davam edəcək.

Məlumata görə, küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2-3 metrə, sonrakı inkişafda isə 3-5 metrə çatacağı proqnozlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью